Digər

Türkiyə XİN Səudiyyəyə hücumları pislədi

15 Jul 2026, 00:22 2 baxış
Türkiyə XİN Səudiyyəyə hücumları pislədi

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanının cənub bölgəsinə husilər tərəfindən həyata keçirilən raket hücumunu qətiyyətlə pisləyib.


Axar.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.


"Səudiyyə Ərəbistanının suverenliyi və ərazi bütövlüyünü pozan, regional təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan hücum fonunda Ankara Ər-Riyadla tam həmrəy olduğunu bir daha təsdiqləyir",- bəyanatda vurğulanıb.


Türkiyə tərəfi eyni zamanda bölgədə gərginliyi daha da artıra biləcək addımlardan çəkinməyə çağırışını təkrarlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər