Digər
İran diplomatı Hindistan XİN-ə çağırıldı
İranın Yeni Dehlidəki səfirinin müavini Məhəmməd Cavad Hüseyni Hindistan XİN-ə çağırılıb.
Axar.az xəbər verir ki, bu, Hörmüz boğazında BƏƏ-yə məxsus iki tankerə edilən hücum nəticəsində Hindistan vətəndaşının həlak olmasından sonra baş verib.
Hindistan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı İran tərəfinə narahatlığını çatdıraraq, insident barədə izahat istəyib.
Nazirliyin yaydığı bəyanatda tərəflər dərhal gərginliyi azaltmağa, bölgədə sülh və sabitliyin bərpası üçün diplomatik səyləri davam etdirməyə çağırılıb.
Mənbə
axar.az