Digər
Magyar Ərdoğanla Şərifin hədiyyələrini müqayisə etdi
Pakistanın Baş naziri Şahbaz Şərif Macarıstanın Baş naziri Peter Magyara 90 manqo hədiyyə edib.
Axar.az xəbər verir ki, bu barədə Magyar özünün X səhifəsində paylaşım edib.
O, bu hədiyyəni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO Zirvəsindəki revolver hədiyyəsi ilə müqayisə edib.
“Hər kəs hədiyyə olaraq tapança vermir. Tarixi bir günün sonunda məni ofisimdə xoş sürpriz gözləyirdi. Biz Pakistanın Baş nazirindən 90 manqo hədiyyə aldıq”, - Magyar bildirib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısında iştirak edən liderlərə xüsusi hazırlanmış, adları həkk olunmuş revolverlər və bir qutu sursat hədiyyə edib.
Mənbə
axar.az