Digər

Ukrayna dronları Rusiyaya yerləşdirdi, amma... - FTX

14 Jul 2026, 10:52 3 baxış
Ukrayna dronları Rusiyaya yerləşdirdi, amma... - FTX

Rusiya Federal Təhlükəsizlik Xidməti Moskva vilayətində strateji müəssisəyə FPV-dronlarla planlaşdırılan kütləvi hücumun qarşısını alıb.


Axar.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.


Məlumata görə, terror aktı Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən planlaşdırılıb:


“Hücum Moskva vilayətinin yaşayış massivində yerləşən strateji müəssisəyə qarşı hazırlanıb. Hücum üçün nəzərdə tutulan dronlar Slovakiyanın Bratislava şəhərindən qaçaqmalçılıq yolu ilə Rusiyaya gətirilib. Əməliyyat Avropa ölkələrinin kəşfiyyat xidmətlərinin köməyi ilə Ukrayna tərəfindən həyata keçirilib. Radioelektron mübarizə vasitələrinə davamlı Kanada istehsalı idarəetmə sistemləri ilə təchiz edilmiş 35 ədəd FPV-dronun məsafədən işə salınması planlaşdırılıb. Dronların icarəyə götürülmüş anqardan buraxılması nəzərdə tutulub. Qarşı tərəf dronları havaya qaldırdıqdan sonra terror üçün nəzərdə tutulan bütün vasitələr məhv edilib”.

Mənbə axar.az

Oxşar Xəbərlər