Cəmiyyət
Xırdalanda sakinlərin dözülməz həyatı: "Pəncərəni açmağa qorxuruq" - VİDEO
Abşeron rayonunun Xırdalan şəhərinin Nizami küçəsində yaşayan sakinlər məhəllələrinin zibilliyə çevrilməsindən şikayətçidirlər. Sakinlərin bildirdiyinə görə, ərazidəki boş sahəyə digər məhəllələrdən gələn insanlar tullantılarını atırlar. Bu isə ərazidə antisanitar vəziyyət yaradır. Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Sakinlər, həmçinin qeyd edirlər ki, gecə saatlarında bu məkan narkomanların məskəninə çevrilir. Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan ərazi şəxsi mülkiyyətdədir. Bir müddət öncə yaxınlıqda yaşayan sakinlərin kütləvi etirazı tələbi ilə həmin ərazidə yaxınlıqda yerləşən məişət tullantıları konteynerləri götürülüb. Həmin ərazidə yaşayan sakinlər tərəfindən şəxsi mülkiyyətdə olan torpaq sahəsinə tullantılar atılır. Qurum tərəfindən qanuna müvafiq olaraq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara müraciətlər olunub.

Mənbə
oxu.az