Digər
Ukrayna Moskva vilayətini vurdu: dağıntı... - Video
Ukrayna ordusunun 13 iyula keçən gecə Moskva vilayətinə endirdiyi zərbələrin görüntüsü yayılıb.
Axar.az xəbər verir ki, zərbə Solneçnoqorsk və İstra şəhərlərinə endirilib.
Solneçnoqorsk şəhərində PUA hücumu nəticəsində ağır dağıntılar baş verəb. Məlumata görə, iki nəfər yaralanıb.
İstra şəhərində isə 3 nəfərin öldüyü, 3 nəfərin yaralandığı bildirilir.
Qeyd edək ki, Moskva meri Sergey Sobyanin Moskva vilayəti üzərində 350-dən çox PUA vurulduğunu açıqlamışdı.
Mənbə
axar.az