Digər
İranda zəlzələ: üç vilayətdə hiss edildi
Bu gün səhər saatlarında İranın Xuzistan vilayətinin Hüseyniyyə şəhəri yaxınlığında 4,5 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, zəlzələ İranın qərb və cənub-qərbində yerləşən Xuzistan, İlam və Luristan vilayətlərinin sərhəd bölgələrində hiss olunub.
Zəlzələ nəticəsində ölən və xəsarət alanlar, eləcə də mümkün dağıntılar barədə hələlik məlumat daxil olmayıb.
Mənbə
axar.az