Digər
Rusiya və Ukrayna girovları dəyişəcək
Rusiya və Ukrayna arasında növbəti girov mübadiləsi tezliklə baş tutacaq.
Axar.az xəbər verir ki, bu barədə Rusiya ombudsmanı Yana Lantratova məlumat yayıb.
O, mübadilənin dəqiq tarixini açıqlamayıb:
“Tarixi iki səbəbdən elan etmirik: birincisi, qarışıqlığın qarşısını almaq, ikincisi, yaxınlarını gözləyən ailələrə ümid vermək və ya hər hansı bir şəkildə məyusluq yaratmaqdan çəkinmək üçün. Bu, çox həssas bir məsələdir".
Mənbə
axar.az