Azərbaycana yola düşürəm, bu, bir fürsətdir - Pelleqrini
Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana səfərinə ikitərəfli tərəfdaşlığı inkişaf etdirmək və Slovakiya üçün yeni imkanlar yaratmaq fürsəti kimi baxır.
Axar.az xəbər verir ki, bu barədə Slovakiya lideri X hesabında yazıb.
"Azərbaycana yola düşürəm. Ölkələrimiz möhkəm münasibətlər qurub. Bu səfər bu etimadı energetika, ticarət və investisiya sahələrində daha sıx əməkdaşlığa çevirmək üçün bir fürsətdir", - o yazıb.
Peter Pelleqrini bildirib ki, səfər çərçivəsində tərəfdaşlığın daha da inkişaf etdirilməsi və Slovakiya üçün yeni imkanların yaradılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev və ölkə rəhbərliyinin digər nümayəndələri ilə görüş keçirəcək.
Qeyd edək ki, iyulun 13-də Slovakiya Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfər edəcək. Səfər çərçivəsində energetika, ticarət, nəqliyyat, texnologiyalar sahələrində əməkdaşlığın inkişafı və Slovakiya şirkətlərinin azad edilmiş ərazilərin bərpası layihələrində iştirakı məsələlərinə dair danışıqların aparılması planlaşdırılır. Həmçinin Bakıda Slovakiya-Azərbaycan biznes forumu keçiriləcək.