Cəmiyyət
Dayana Rayan: "Hazırda Azərbaycandan "TikTok" platforması üzrə 7 milyon istifadəçi var"
"Hazırda Azərbaycandan "TikTok" platforması üzrə 7 milyon istifadəçi var". Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu "TikTok"un Şərqi Avropa üzrə ictimai siyasət və dövlət qurumları ilə əlaqələr direktoru Dayana Rayan IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "Rəqəmsal platformalar və informasiya təhlükəsizliyi: mövcud çağırışlar və əsas həll yolları" mövzusunda yan tədbirdə deyib. Onun sözlərinə görə, dünyada hər gün bir milyarddan çox insan "TikTok"a daxil olur. "Bu ilin birinci rübündə Azərbaycan seqmenti üzərində 600 mindən çox video "TikTok" mütəxəssisləri tərəfindən platformadan silinib. Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlıqdan məmnunuq və buna davam edirik", - deyə D.Rayan əlavə edib.
Mənbə
oxu.az