Digər

Alman deputat: Rusiya ilə müharibə aparırıq!

13 Jul 2026, 09:22 1 baxış
Alman deputat: Rusiya ilə müharibə aparırıq!

Berlin Ukraynadakı münaqişəyə getdikcə daha çox cəlb olunur və özünü Moskva ilə birbaşa qarşıdurma riski ilə üz-üzə qoyur.


Axar.az xəbər verir ki, bunu Bundestaq deputatı Markus Fronmayer deyib.


"Cəlbolunma səviyyəsi durmadan artır. NATO sammitinə və alman siyasətçilərin bəyanatlarına baxanda belə təəssürat yaranır ki, sanki biz artıq demək olar ki, Rusiya ilə müharibə və ya münaqişə vəziyyətindəyik", - o bildirib.


Fronmayer ölkəsinin münaqişəyə cəlb olunmasını istəmədiyini vurğulayıb:


"Ukrayna üçün təhlükəsizlik təminatlarının verilməsi Almaniyanın vəzifələrinə daxil deyil. İlk növbədə Almaniyanın maraqlarını düşünməliyik. Və biz almanlar ruslarla birbaşa qarşıdurma vəziyyətinə düşmək istəyirikmi?"

Mənbə axar.az

Oxşar Xəbərlər