Digər
Fars körfəzində ABŞ-ın kəşfiyyat təyyarəsi aşkarlandı
Fars körfəzində ABŞ-a məxsus dairəvi şəkildə uçan kəşfiyyat təyyarəsi aşkar edilib.
Axar.az xəbər verir ki, bu barədə TASS-a Yaxın Şərq hava nəqliyyatının idarə olunmasındakı mənbə bildirib.
"400 km məsafəyə qədər hədəfləri aşkarlaya bilən “Boinq E-3B Sentry” təyyarəsi regional hərbi bazadan qalxıb və hazırda Fars körfəzində dairəvi trayektoriya üzrə uçur", - deyə mənbə bildirib.
Qeyd olunub ki, təyyarə təxminən 10 km hündürlükdə uçur.
Mənbə
axar.az