Digər

HƏMAS Qəzzada idarəetmə orqanını ləğv etdi

06 Jul 2026, 16:53 3 baxış
HƏMAS Qəzzada idarəetmə orqanını ləğv etdi

HƏMAS təxminən 20 ilə yaxındır Qəzza zolağını idarə edən hökumət strukturunu ləğv etdiyini açıqlayıb.


Axar.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.


"Fövqəladə hallar komitəsinin rəhbəri Məhəmməd əl-Fərrə rəsmi olaraq istefa verib və komitə fəaliyyətini dayandırıb. Bu addım Qəzzanın İdarə Edilməsi üzrə Milli Komitəyə (NCAG) mülki idarəetmənin təhvil verilməsi prosesini asanlaşdırmaq məqsədi daşıyır.


Hazırda Qahirədə fəaliyyət göstərən NCAG 2025-ci ilin oktyabrında ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Sülh Şurasının təşəbbüsü ilə formalaşdırılıb”, - məlumatda qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər