Digər

Trampın Türkiyə proqramı bəlli oldu

06 Jul 2026, 15:26 2 baxış
Trampın Türkiyə proqramı bəlli oldu

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Ankaraya səfər edəcək.


Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.


Bildirilib ki, Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanacağı gözlənilir.


Məlumata görə, Tramp ilk olaraq NATO liderlərinin şam yeməyinə qatılacaq, ardınca da NATO liderlərinin iclasında iştirak edəcək. İclasdan sonra isə o, NATO-nun ailə fotosunda yer alacaq.


Qeyd edilib ki, NATO Sammiti başa çatdıqdan sonra Tramp Ukrayna Prezidenti Vladimir Zelenski və Suriya Prezidenti Əhməd əş-Şara ilə görüşəcək. Tramp Zelenski və Şara ilə görüşlərindən sonra keçirəcəyi mətbuat konfransında Türkiyəyə səfəri və görüşlərlə bağlı açıqlamalar verəcək.


ABŞ lideri həmin axşam Vaşinqtona qayıdacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər