Digər

Qardaş ölkə icazə verdi, Ermənistan səfir göndərdi

06 Jul 2026, 15:45 3 baxış
Qardaş ölkə icazə verdi, Ermənistan səfir göndərdi

Ermənistan Prezidenti Vaaqn Xaçatryan Karen Qriqoryanın Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında fərman imzalayıb.


Axar.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.


“Ermənistan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Karen Qriqoryan eyni zamanda Ermənistanın Pakistan İslam Respublikasında (iqamətgahı Əbu-Dabidə) fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, - fərmanda bildirilib.


Qeyd edək ki, qardaş ölkə Pakistan Qarabağın işğalına görə Ermənistanla heç vaxt diplomatik əlaqələr qurmayıb. Yalnız Qarabağ işğaldan azad edildikdən 5 il sonra, 2025-ci ilin avqust ayından Pakistanla Ermənistan arasında diplomatik əlaqələr başlayıb. qurulub.

Mənbə axar.az

Oxşar Xəbərlər