Digər

Tramp NATO ilə əlaqələri biznesə çevirib - Politiko

06 Jul 2026, 08:30 2 baxış
Tramp NATO ilə əlaqələri biznesə çevirib - Politiko

ABŞ Prezidenti Donald Tramp faktiki olaraq Amerika ilə NATO arasındakı münasibətləri biznes prinsipləri üzərində qurub. O, müttəfiqlərlə münasibətlərdə əsas meyar kimi ABŞ istehsalı olan silahların alınması həcmini və müdafiə xərclərinin artırılmasını ön plana çıxarıb.


Axar.az xəbər verir ki, bu barədə "Politiko" Türkiyədə keçiriləcək NATO sammiti barədə məqaləsində yazıb.


Məlumata görə, görüşün əsas mövzusu NATO ölkələrinin hərbi büdcələrinin artırılması və ABŞ-dan silah alışlarının genişləndirilməsi olacaq:


"Vaşinqton müttəfiqlərindən müdafiə xərclərini daha da artırmağı, həmçinin ABŞ-ın hərbi-sənaye kompleksinin dəstəklənməsində daha fəal iştirak etməyi gözləyir".

Mənbə axar.az

Oxşar Xəbərlər