Digər
Stoltenberqdən xəbərdarlıq: NATO-nun əbədi mövcudluğu...
Alyansın əbədi mövcud olacağına heç bir zəmanət yoxdur.
Axar.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq deyib.
"Heç kim NATO-nun əbədi mövcud olacağına zəmanət verə bilməz. Ancaq hesab edirəm ki, dövlət və hökumət başçıları hazırda gələcək ssenarilər barədə fərziyyələr irəli sürməkdənsə, təcili zəruri olan tədbirlərə diqqəti daha çox yönəltməlidirlər",- o bildirib.
Stoltenberq qeyd edib ki, NATO-ya üzv olan Avropa ölkələri müdafiəyə daha çox sərmayə yatırmağa xeyli əvvəl başlamalı idilər:
"Onlar artıq buna başlayıblar, Almaniyada müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artdığının şahidi olduq. Lakin, əlbəttə ki, bütün bunlar daha sürətlə həyata keçirilə bilərdi".
Mənbə
axar.az