Cəmiyyət
Sabirabadda avtomobilin vurduğu piyada öldü
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin M.S.Ordubadi küçəsində qeydə alınıb. Belə ki, şəhər sakini, 1985-ci il təvəllüdlü Amid Gülxan oğlu Əsgərov yolu keçən zaman "Mercedes" markalı avtomobil onu vurub. Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerindəcə ölüb. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az