Cəmiyyət
Sabirabadda avtomobil piyadanı vurub öldürdü
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az Report-a istinadla xəbər verir ki, hadisə şəhərin M.S.Ordubadi küçəsində qeydə alınıb.
Məlumata görə, şəhər sakini, 1985-ci il təvəllüdlü Əsgərov Amid Gülxan oğlu yolu keçən zaman "Mersedes" markalı avtomobil onu vurub.
Piyada aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
axar.az