Cəmiyyət

64 yaşlı kişi Həkəridə batdı

05 Jul 2026, 12:07 23 baxış
64 yaşlı kişi Həkəridə batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.


Nazirliyin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.


Hazırda vətəndaş - 1962-ci il təvəllüdlü Nuşirəvan Mehdi oğlu Həsənovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər