Cəmiyyət
Bəzi hallarda çıxarışı olmayan mənzillər sığortalana bilər - Qanun nə deyir? - VİDEO
Yaşayış evlərinin sığortalanması yanğın, təbii fəlakət və ya qəzalar kimi gözlənilməz hadisələr nəticəsində əmlaka dəyən böyük maliyyə itkilərinin qarşısını almaq üçün vacibdir. Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu çıxarışı olmayan evlərin sığortalanması ilə bağlıdır. Çıxarışı olmayan mənzillər sığortalana bilər?
Çıxarışı olmayan evlər rəsmi dövlət reyestrində qeydiyyata alınmadığı üçün onların sığortalanması qanunvericilik baxımından mümkün deyil. Lakin bəzi yeni tikili binalardakı mənzillər üçün istisnalar ola bilər. Belə ki, sözügedən mənzillərdə müqavilə ilə müvəqqəti yaşayan vətəndaşlar çıxarış alana qədər həmin sənədlə evlərini sığortalaya bilərlər. Həyət evlərində isə bu hal bir az fərqlidir. Bəzi hallarda qarşılıqlı razılaşma əsasında bələdiyyə sənədi verilən kənd təsərrüfatı olmayan torpaq sahələrində tikilən evlər sığortalana bilər. Lakin sözügedən məsələ praktikada geniş yayılmayıb. Qeyd edilməlidir ki, sığorta şirkətinin əməkdaşı hər hansı sənədlə evi sığortalayarsa və həmin müddətdə hadisə baş verərsə, vətəndaş kompensasiya tələb edə bilər.

Mənbə
oxu.az