Cəmiyyət
Suraxanıdakı "şəfalı" gölün acınacaqlı mənzərəsi: Müalicə yerinə xəstəlik mənbəyi? - VİDEO
Bakının Suraxanı rayonunda Zığ-Hövsan avtomagistralının yaxınlığında yerləşən duzlu gölün insan sağlamlığı üçün faydalı olduğu deyilir. Lakin bu gölün antisanitar vəziyyətindən şikayət edənlər də az deyil. Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Gölə gələn vətəndaşlar hər il yay aylarında bura üz tutduqlarını bildirirlər. Onların sözlərinə görə, göl diz oynağı, onurğa və revmatizm kimi ağrılara müalicəvi təsir göstərir. Palçıq bədənə sürtülür, daha sonra göldə çimib palçığı yuyurlar. Bir dəfə istifadə üçün 50 qəpik ödəniş edilir. Lakin bəzi vətəndaşlar göl ətrafındakı antisanitar vəziyyətdən şikayətlənirlər. Girişdə hər avtomobildən 1 manat pul yığılmasına baxmayaraq, ərazidə zibil qalaqları və tullantılar var. Obyekt sahibləri isə zibili vətəndaşların yerə atdığını iddia edirlər.

Mənbə
oxu.az