Cəmiyyət

Balakişi Qasımov Baku TV-ni nümunə göstərdi: "Çox böyük baxış sayları var" - VİDEO

04 Jul 2026, 23:33 2 baxış
Balakişi Qasımov Baku TV-ni nümunə göstərdi: "Çox böyük baxış sayları var" - VİDEO
"Baku TV-nin də daxil olduğu Azərbaycan kanalları sosial şəbəkələrdə aktivdir, lakin biz "YouTube" üçün ayrıca kontent istehsal etmirik". Oxu.Az xəbər verir ki, bunu İctimai Televiziyanın (İTV) baş direktoru Balakişi Qasımov REAL TV-nin efirində deyib. O bildirib ki, sosial şəbəkələrin yaratdığı çağırışlarla mübarizə aparmağın yeganə yolu həmin platformalarda daha güclü təmsil olunmaq, gənclərin maraqlarını və davranışını düzgün analiz edərək onlara uyğun məzmun hazırlamaqdır. "Bizim yeganə çıxış yolumuz ondan ibarətdir ki, gənclərin davranışını, maraqlarını və motivasiyasını başa düşək, onların daha çox vaxt keçirdiyi platformalarda uyğun kontent təqdim edək", - deyə o bildirib. Müzakirə zamanı "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) sədri Rövşən Məmmədov qeyd edib ki, İTV-nin hazırladığı kontentlər yüksək baxış sayı toplayır. "İTV-nin çox keyfiyyətli kontentləri var, mən də izləyirəm. Baxışlar iki milyon, üç milyon, on milyon olur. Yəni deyə bilmərik ki, bu gün Azərbaycan klassik mediası sosial şəbəkələrdə aktiv deyil. Biz kifayət qədər aktivik", - deyə o vurğulayıb. Balakişi Qasımov isə cavabında bildirib ki, Azərbaycan kanallarının hamısı sosial şəbəkələrdə kifayət qədər fəaldır: "Azərbaycan kanallarının hər biri bu gün "YouTube"da çox aktivdir. Milyonlarla baxışları var. Baku TV-nin də çox böyük baxışları var, digərlərində də baxışlar var". "Bəli, Baku TV birinci yerdədir", - deyə Rövşən Məmmədov fikri qüvvətləndirib. "Ancaq strateji fərq ondan ibarətdir ki, biz "YouTube" və sosial şəbəkə platformaları üçün kontent istehsal etmirik. Biz kontenti ənənəvi televiziya tamaşaçısı üçün hazırlayırıq və onu güzgü kimi "YouTube"da göstəririk", - deyə İTV-nin baş direktoru bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər