Ronaldo ayağı amputasiya edilən uşağa dəstək oldu – Video
Portuqaliya yığmasının tanınmış hücumçusu Kristiano Ronaldo Venesuelada baş vermiş dəhşətli zəlzələ zamanı dağıntılar altından sağ çıxarılan uşağa mesaj ünvanlayıb.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Novosti Mail” yayıb.
Qısa videoda futbolçu oğlana tezliklə sağalmasını arzulayıb və onu öz matçlarından birinə dəvət edib.
“Sənə səmimi qəlbdən sağalma və ən yaxşısını arzulayıram, həm də səni matçıma dəvət edirəm. Qucaqlayıram, dostum!” – deyə nəşr Ronaldonun sözlərini sitat gətirib.
Məşhur oyunçunun diqqət ayırdığı uşaq ağır faciə yaşayıb: zəlzələ nəticəsində o, bütün ailəsini itirib, özü isə elə xəsarətlər alıb ki, həkimlər onun ayağını amputasiya etməyə məcbur olublar.