Cəmiyyət
Dövlət qurumlarına müraciət qaydaları dəyişir: Artıq hər addım izlənəcək
Azərbaycanda vətəndaş müraciətlərinin idarə olunması sahəsində mühüm dəyişikliklər gözlənilir. "Vətəndaşların müraciətləri haqqında" qanuna edilmiş dəyişikliklər müraciətlərin qəbulu, qeydiyyatı və baxılması prosedurlarının daha müasir və rəqəmsal əsaslara uyğunlaşdırılmasını hədəfləyir. Dəyişikliklərə əsasən, artıq vətəndaşlar müraciətlərinə necə cavab almaq istədiklərini - elektron ünvan, poçt və ya Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə, özləri müəyyən edə biləcəklər. Bununla yanaşı, bəzi hallarda fərdi identifikasiya nömrəsi (FİN) və ya vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) təqdim edilməsi də tələb olunacaq. Bəs, bu dəyişikliklərin əsas mahiyyəti nədən ibarətdir? Yeniliklərin vətəndaşlara hansı faydası olacaq? Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Xidmət keyfiyyəti yüksələcək Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Azər Allahverənov bildirib ki, qanuna dəyişikliklərdə əsas məqsəd vətəndaş müraciətlərinin təqdim olunması və idarə edilməsi prosesinin daha təkmil, rəqəmsal əsasda qurulmasıdır. Bu çərçivədə müraciətlərin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən təqdim olunması nəzərdə tutulur və müvafiq qanunvericilik normalarında bir sıra dəyişikliklər edilir. Millət vəkili qeyd edib ki, bu islahatların əsas hədəfi elektron hökumət sahəsində fəaliyyətin daha səmərəli təşkili, dövlət idarəetməsinin optimallaşdırılması və xidmət keyfiyyətinin yüksəldilməsidir. Onun fikrincə, bu istiqamətdə normativ-hüquqi bazanın təkmilləşdirilməsi həm idarəetmənin effektivliyini artırır, həm də sistemli yanaşmanı gücləndirir. A.Allahverənovun sözlərinə görə, dəyişikliklərin mühüm tərəflərindən biri müraciətlərin qeydiyyata alınması və mərkəzləşdirilmiş şəkildə izlənilməsidir. Bu, həm dövlət qurumları tərəfindən nəzarətin daha effektiv aparılmasına, həm də təhlil və proqnozlaşdırma imkanlarının genişlənməsinə şərait yaradır.
"Yeni sistem bu problemləri aradan qaldıracaq" Millət vəkili bildirib ki, praktiki baxımdan vətəndaşlar müxtəlif platformalar üzərindən müraciət edərkən bəzən məlumatların natamam və ya səhv təqdim olunması səbəbindən çətinliklərlə üzləşirlər. Yeni sistem bu problemləri aradan qaldıraraq, müraciətin strukturlaşdırılmış və standartlaşdırılmış formada təqdim edilməsinə imkan verəcək. Beləliklə, fiziki şəxslər üçün FİN, hüquqi şəxslər üçün isə VÖEN kimi məlumatlar sistemə düzgün şəkildə daxil ediləcək və müraciətin aidiyyəti üzrə çatdırılması asanlaşacaq. Millət vəkili əlavə edib ki, vətəndaşlar müraciətə cavab alma kanalını da özləri seçə biləcəklər ki, bu da prosesin çevikliyini artırır.
Müraciətlərin itirilməsi minimuma enəcək Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev də hesab edir ki, sözügedən dəyişikliklər mahiyyət etibarilə müsbətdir. Onun fikrincə, bu yanaşma dövlət orqanlarının inzibati idarəetmə modelindən xidmət yönümlü idarəetmə modelinə keçidi baxımından zəruridir. Vətəndaşın müraciət hüququnun daha effektiv reallaşdırılmasına xidmət edir. Ekspert qeyd edib ki, əsas yenilik müraciət prosesinin rəqəmsallaşdırılması və fərdiləşdirilməsidir. Bu dəyişiklik vətəndaşı prosesin passiv iştirakçısından aktiv subyektinə çevirir. Onun sözlərinə görə, ikinci mühüm üstünlük müraciətlərin izlənilə bilməsidir. Elektron sistemdə qeydiyyata alınan müraciətlərin itirilməsi riski minimuma enir və onların statusunun izlənilməsi mümkün olur. Bu, praktiki baxımdan idarəetmədə şəffaflığı artıran mühüm elementdir. Üçüncü üstünlük isə hüquqi sübut mexanizminin formalaşmasıdır. Vətəndaş müraciətin təqdim olunma tarixi və cavablandırılma müddəti ilə bağlı rəsmi elektron iz əldə edir ki, bu da gələcək inzibati və ya məhkəmə mübahisələrində onun hüquqi mövqeyini gücləndirir. Formal yanaşma riski Bununla belə, Ə.Nuriyev vurğulayıb ki, bu üstünlüklərin real nəticə verməsi sistemin icra keyfiyyətindən asılıdır. Əgər cavablar formal xarakter daşıyacaqsa və "baxılır", "araşdırılır" kimi yanaşmalar dəyişməz qalacaqsa, elektronlaşma yalnız texniki xarakter alacaq. Hüquqşünas həmçinin FİN və VÖEN kimi identifikasiya tələblərinin genişlənməsini şəffaflıq baxımından müsbət addım kimi qiymətləndirir. Onun sözlərinə görə, bu yanaşma müraciətlərin anonim və ya qeyri-müəyyən mənbələrdən daxil olması ilə bağlı riskləri azaldır və dövlət orqanları üçün cavabdehlik mexanizmini gücləndirir. Ekspert qeyd edib ki, bu tələblərin geniş tətbiqi bəzi hallarda vətəndaş davranışına psixoloji təsir göstərə bilər. Xüsusilə həssas mövzularda - korrupsiya və ya vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı şikayətlərdə vətəndaşların öz adlarının açıqlanması onları müraciət etməkdən çəkindirə bilər. Bu isə formal şəffaflığı artırsa da, praktikada müraciət fəallığının azalması riskini yaradır.
Bir müraciət, üç cavab yolu Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov isə deyib ki, yeni qaydaların ən böyük üstünlüyü vətəndaş müraciətlərinin fərdiləşdirilməsi və cavabalma üsulunda seçim imkanlarının genişlənməsidir. Onun sözlərinə görə, bu dəyişikliklər vətəndaşların dövlət qurumlarından cavab alma prosesini xeyli sürətləndirə bilər: "Artıq vətəndaşın cavabı poçt qutusunda günlərlə gözləməsi zərurəti aradan qalxır. Cavabın birbaşa elektron ünvana və ya Elektron Hökumət İnformasiya Sistemi üzərindən şəxsi kabinetə göndərilməsi vaxt itkisini minimuma endirir və operativliyi artırır". Ekspert vurğulayıb ki, FİN və VÖEN kimi identifikasiya məlumatlarının sistemə inteqrasiyası da mühüm yeniliklərdəndir. Bu yanaşma müraciətlərin emalını sürətləndirir, sənəd dövriyyəsini sadələşdirir və vətəndaşla dövlət qurumu arasında ünsiyyəti daha çevik və effektiv müstəviyə keçirir. E.Abbasovun fikrincə, söhbət yalnız texniki dəyişiklikdən getmir. "Bu islahat dövlət idarəçiliyində məsuliyyət və hesabatlılıq mexanizmlərini gücləndirən strateji addımdır. Müraciətlərin rəqəmsal platformalar üzərindən qeydiyyatı və cavablandırılması proseslərin şəffaf izlənilməsinə imkan yaradır. Bu isə müraciətlərin itməsi, gecikdirilməsi və ya cavab müddətinin əsassız uzadılması kimi halların qarşısını texniki baxımdan almağa kömək edir", - deyə o qeyd edib.

Mənbə
oxu.az