Digər

Hədəfimiz 5 milyard dollardır - Ərdoğan

04 Jul 2026, 20:35 2 baxış
Hədəfimiz 5 milyard dollardır - Ərdoğan

Pakistanla hər sahədə həmrəyliyimiz davam edir. Əvvəllər müəyyən etdiyimiz ticarət dövriyyəsini 5 milyard dollar səviyyəsinə çatdırmaq hədəfimizi bir daha təsdiqlədik.


Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan Baş naziri Şahbaz Şəriflə birgə bəyanatla çıxış edərkən deyib.


“Xüsusilə Karaçidə iş adamlarımız üçün yaradılması nəzərdə tutulan xüsusi iqtisadi zona ilə bağlı ticarət nazirliklərimiz fəaliyyət göstərir. Eyni zamanda, Güzəştli Ticarət Sazişimizin əhatə dairəsinin genişləndirilməsi məsələsi üzrə də danışıqlar davam edir. Cənab Şərifin bu gün iştirak etdiyi biznes forumunun da investisiya və ticarət sahəsində münasibətlərimizə töhfə verəcəyinə inanıram. Biz də öz növbəmizdə investorlarımızı Pakistanda daha geniş fəaliyyət göstərməyə təşviq edirik”, - deyə Ərdoğan əlavə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər