Cəmiyyət
Yasamalda avtomobillər üçün görünməz təhlükə: Niyə qəzalar baş verir? - VİDEO
Paytaxtın Yasamal rayonu, Kamil Rəhimov küçəsində çoxmərtəbəli binanın qarşısındakı yolun sonunda piyadalar üçün pilləkən var. Oxu.Az "Xəzər" TV-yə isitnadən bildirir ki, sakinlərin sözlərinə görə, bəzi avtomobillər həmin pilləkəni görməyərək qəzaya düşürlər. Belə ki, ərazidə yaşayan insanların çoxu burada həmin səbəbdən qəzaların olduğunu və onların da avtomobillərə köməyə getdiklərini bildirilər.
Yasamal Rayon İcra Hakimiyyətindən qeyd olunub ki, həmin qəzaların qarşısını almaq üçün əraziyə dirəklər basdırılacaq.
Yasamal Rayon İcra Hakimiyyətindən qeyd olunub ki, həmin qəzaların qarşısını almaq üçün əraziyə dirəklər basdırılacaq.
Mənbə
oxu.az