Digər

Ukrayna bir gündə Rusiyaya 200 dron buraxdı

03 Jul 2026, 23:27 1 baxış
Ukrayna bir gündə Rusiyaya 200 dron buraxdı

Ukrayna Silahlı Qüvvələri gün ərzində Rusiya ərazisinə təxminən iki yüz dron buraxıb.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Teleqram kanalında bildirilir.


Bildirilib ki, saat 8:00-dan 20:00-dək hava hücumundan müdafiə sistemləri 188 pilotsuz uçuş aparatını (PUA) vurub. Dronlar Belqorod, Kursk, Bryansk, Smolensk, Vladimir, Tver, Kaluqa, Oryol, Ryazan, Tula, Moskva vilayətləri, həmçinin Krım üzərində məhv edilib.


Müdafiə Nazirliyi hücumlar barədə əlavə məlumat verməyib.

Mənbə axar.az

Oxşar Xəbərlər