Cəmiyyət

Zaqatalada iki minik avtomobili toqquşdu: Dörd nəfər xəsarət aldı

03 Jul 2026, 22:24 2 baxış
Zaqatalada iki minik avtomobili toqquşdu: Dörd nəfər xəsarət aldı
Zaqatalada iki minik avtomobilinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində baş verib. İlkin məlumata görə, KIA və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bildirilib ki, xəsarət alanlardan biri Bakı şəhər sakini, digər üç nəfər isə Zaqatala rayon sakinidir. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Hazırda onlara ilkin tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər