Cəmiyyət
Hadı Rəcəblinin oğluna 350 minlik iş tapşırıldı
Ağdam şəhərində 2-ci faza üzrə məcburi köçkünlər üçün ortamərtəbəli və çoxfunksiyalı yaşayış kompleksi üzrə inşa edilmiş qazanxananın mərkəzləşdirilmiş istilik təchizatı sisteminin idarə olunması işlərinə 354 008 manat xərclənəcək.
Axar.az Pravda.az-a istinadla xəbər verir ki, xidməti "City Service" MMC göstərəcək.
Vəsaiti isə "Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsi (PHŞ) ödəyəcək. Bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Şirkətin rəhbəri Tural Hadı oğlu Rəcəblidir.
Qeyd edək ki, T.Rəcəbli mərhum deputat Hadi Rəcəblinin oğludur.
Mənbə
axar.az