Cəmiyyət

"Şimal-Cənub" dəhlizində yeni mərhələ: Bakı, Moskva və Tehran əməkdaşlığı gücləndirir

03 Jul 2026, 19:18 1 baxış
"Şimal-Cənub" dəhlizində yeni mərhələ: Bakı, Moskva və Tehran əməkdaşlığı gücləndirir
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyaya işgüzar səfər çərçivəsində "Rusiya Dəmir Yolları"nın (RJD) rəhbərliyi ilə ikitərəfli, həmçinin Rusiya və İran dəmiryol administrasiyalarının rəhbərlərinin iştirakı ilə üçtərəfli görüşlər keçirib. Oxu.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Görüşlərdə tərəflər arasında qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və genişləndirilməsi, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı, marşrutun səmərəliliyinin və yükdaşımaların artırılması müzakirə olunub. Tərəflər dəhliz üzrə rəqəmsallaşma proseslərinin sürətləndirilməsi və müasir rəqəmsal həllərin tətbiqi istiqamətində əməkdaşlıq imkanlarını da nəzərdən keçiriblər. Sonda üçtərəfli görüşün yekunu üzrə protokol imzalanıb. Rusiya dəmiryol administrasiyasının rəhbərliyi ilə görüşdə insan kapitalının inkişafı məsələləri də müzakirə olunub, ADY və RJD arasında kadr potensialının gücləndirilməsi üzrə fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində, həmçinin Rusiyadakı yükgöndərənlərlə görüş keçirilib. Görüşdə ADY-nin "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizləri ilə daşımalar üçün təqdim etdiyi təhlükəsiz və dayanıqlı xidmətlər barədə məlumat verilib. Şimal-Cənub marşrutu üzərində yerləşən Astara Terminalının genişlənən imkanları və yükaşırmalar üçün potensialı təqdim olunub. Eyni zamanda, ADY-nin yükdaşımaların operativ idarə olunmasını və şəffaflığını təmin edən "Cargo Tracking" rəqəmsal platformasının imkanları və digər rəqəmsal həllər yük sahiblərinin diqqətinə çatdırılıb. Tərəflər birgə təşəbbüslərin, xüsusilə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına töhfə verəcəyini qeyd ediblər.
{{gallery}}
"Şimal-Cənub" dəhlizində yeni mərhələ: Bakı, Moskva və Tehran əməkdaşlığı gücləndirir "Şimal-Cənub" dəhlizində yeni mərhələ: Bakı, Moskva və Tehran əməkdaşlığı gücləndirir "Şimal-Cənub" dəhlizində yeni mərhələ: Bakı, Moskva və Tehran əməkdaşlığı gücləndirir "Şimal-Cənub" dəhlizində yeni mərhələ: Bakı, Moskva və Tehran əməkdaşlığı gücləndirir "Şimal-Cənub" dəhlizində yeni mərhələ: Bakı, Moskva və Tehran əməkdaşlığı gücləndirir "Şimal-Cənub" dəhlizində yeni mərhələ: Bakı, Moskva və Tehran əməkdaşlığı gücləndirir
Mənbə oxu.az

Oxşar Xəbərlər