Cəmiyyət

Bəzi ərazilərdə qaz olmayacaq

03 Jul 2026, 19:15 1 baxış
Bəzi ərazilərdə qaz olmayacaq

İyulun 7-də Bərdə və Füzuli rayonlarının bəzi kənd və qəsəbələrində təbii qazın verilişi dayandırılacaq.


Bu barədə Axar.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.


Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyulun 7-də saat 10:00-dan işlər yekunlaşanadək Bərdə rayonunun Yeni Daşkənd, Şatırlı, Kürdborakı, Nazırlı, Qazaxlar və Hacılar kəndlərinin, saat 14:00-dan işlər yekunlaşanadək Füzuli rayonunun Horadiz qəsəbəsində 15 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər