Cəmiyyət

Ötən ay metrodan 18 milyondan çox sərnişin istifadə etdi

03 Jul 2026, 19:42 1 baxış
Ötən ay metrodan 18 milyondan çox sərnişin istifadə etdi

İyun ayında Bakı metrosundan 18 592 051 sərnişin istifadə edib.


Bu barədə Axar.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.


Məlumata görə, ötən ilin eyni ayı ilə müqayisədə daşınan sərnişinlərin sayı 6,9% artıb.


İyun ayında ən çox sərnişinə xidmət göstərən stansiya “Koroğlu” olub. Belə ki, həmin stansiya ilə ötən ay 1 711 203 sərnişin daşınıb. İyunun 1-i 752 703 sərnişinlə ən çox sərnişin daşınan gün olub.


Hesabat dövründə NFC və QR bilet vasitəsilə ümumilikdə 9 366 674 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 51,9%-ni təşkil edib.


Bundan əlavə, “Əlçatan metro” xidməti çərçivəsində 161 sifariş icra olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə xidmətdən 75% çox sərnişin istifadə etdiyini göstərir.

Mənbə axar.az

Oxşar Xəbərlər