Siyasət
Ursula fon der Lyayen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşıb
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen öz sosial media hesabında Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşıb. Oxu.Az xəbər verir ki, o, "Instagram" səhifəsindəki paylaşımda aşağıdakıları qeyd edib:
"Sülh... ölkələr və insanlar arasında körpülər qurmaqla. Həm fiziki, həm də məcazi mənada! Mən Cənubi Qafqaz üçün 200 milyon avroluq "Bağlantılar vasitəsilə sülh" (Peace through Connectivity) Proqramını elan etdim. Məqsəd sülhün, əlaqəliliyin və rifahın hökm sürdüyü bir regionun formalaşdırılmasıdır".

Mənbə
oxu.az