Cəmiyyət

Azərbaycanda maksimal temperatur neçə dərəcə olub?

01 Jul 2026, 20:37 2 baxış
Azərbaycanda maksimal temperatur neçə dərəcə olub?

Ötən ay Azərbaycanda maksimal temperatur 40 dərəcə olmaqla iyunun 20-də Culfada qeydə alınıb.


Axar.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.


O qeyd edib ki, bu ilin iyun ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 21 gün normadan yuxarı (1–7 dərəcə), 9 gün normadan aşağı (0–2 dərəcə) olub:


"Orta aylıq temperatur 24 dərəcə isti olub və bu da iqlim normasından 1 dərəcə yuxarıdır. Bakı və Abşeron yarımadasında iyun ayında maksimal temperatur iyunun 19-da 37 dərəcə isti (Sumqayıt), bölgələrdə isə (Culfa) 40 dərəcə isti qeydə alınıb. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında iyunun 3-də 11 dərəcə isti (Maştağa), yüksək dağlıq ərazilərdə isə həmin gün temperatur 0 dərəcəyə yaxın (Şahdağ) olub".


N.Mahmudov vurğulayıb ki, iyun ayının bəzi günlərində hava şəraiti fasilələrlə yağıntılı olub, şimşək çaxıb, dağlıq ərazilərdə qar yağıb:


"Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Ən çox yağıntı bölgələr üzrə aylıq normanın 168 faizi olmaqla Balakən-Şəki zonasına (Kişçay-Şəki 170 mm), aylıq normanın 295 faizi olmaqla Mərkəzi Aran zonasına (Biləsuvar 59 mm) və aylıq normanın 258 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı 26 mm) düşüb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü iyunun 07-də Şahdağda 1 sm qeydə alınıb".


Milli Hidrometeorologiya Xidmətinin rəisi qeyd edib ki, iyun ayı ərzində Daşkəsən, Gədəbəy, Zaqatala, Tovuz, Qazax, Göygöl, Tərtər, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı və Ağstafa rayonlarının bəzi kəndlərində dolu müşahidə olunub:


"Ən iri dolu Ağstafa rayonunda qeydə alınıb və diametri 25–28 mm təşkil edib. İyun ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı 6 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 6 gün, bölgələrdə isə 23 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında və bölgələrdə 28 m/s-dək güclənib".

Mənbə axar.az

Oxşar Xəbərlər