Cəmiyyət
Ceyranbatanda güclü yanğın BAŞ VERİB
Abşeron rayonunda məişət və təkər tullantıları yığılan sahədə yanğın söndürülüb. Bu barədə Fövqəladə hallar Nazirliyindən (FHN) Oxu.Az-a bildirilib. Vurğulanıb ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Ceyranbatan qəsəbəsindəki yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Abşeron rayonunda məişət və təkər tullantıları yığılan sahədə yanğın başlayıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Ceyranbatan qəsəbəsində açıq ərazidə məişət və təkər tullantıları yığılan sahədə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Mənbə
oxu.az