Cəmiyyət

Masazır sakinləri 569 nömrəli marşrutdan şikayətçidirlər: "30 dəqiqədən bir gəlir" - FOTO

01 Jul 2026, 17:56 1 baxış
Masazır sakinləri 569 nömrəli marşrutdan şikayətçidirlər: "30 dəqiqədən bir gəlir" - FOTO
Abşeron rayonunun Masazır kəndinin sakinləri 569 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən sərnişin avtobuslarının sayının az olmasından narazılıq ediblər. Bu barədə Oxu.Az-ın qaynar xəttinə şikayət daxil olub. Bildirilib ki, 569 nömrəli marşrut üzrə avtobuslar təxminən 30 dəqiqədən bir hərəkət edirlər. Dayanacağa gələn avtobuslara isə minmək mümkün olmur, çünki tam dolu gəlirlər. Avtobusa minməyi bacaran sərnişinlər də sıxlıq səbəbindən narahat şəraitdə səfər etmək məcburiyyətində qalırlar. Oxu.Az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, 569 nömrəli marşrut xətti üzrə 11 avtobus 8-9 dəqiqə intervalla fəaliyyət göstərir.
"Günün məhz pik saatlarında marşrut xəttinin keçdiyi küçələrdə sıxlıq səbəbindən intervalda artım müşahidə edilə bilir. Buna baxmayaraq, daşıyıcıya nizamlı fəaliyyətin göstərməsini nəzarətdə saxlamaq tapşırığı verilib", - deyə T.Orucov vurğulayıb.
Masazır sakinləri 569 nömrəli marşrutdan şikayətçidirlər: "30 dəqiqədən bir gəlir" - FOTO Masazır sakinləri 569 nömrəli marşrutdan şikayətçidirlər: "30 dəqiqədən bir gəlir" - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər