Cəmiyyət
Elnur Hidayətoğlu vəzifəsindən ayrıldı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Elnur Hidayətoğlu vəzifəsindən ayrılıb. Oxu.Az xəbər verir ki, o bu barədə sosial media hesabında məlumat verib. Qeyd edək ki, E.Hidayətoğlu 2021-ci ildən Kliniki Tibbi Mərkəzdə İctimaiyyətlə əlaqələr bölməsinin müdiri, 2022-ci ildən Bakı Baş Səhiyyə Mərkəzində (BBSM) İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri və 2023-cü ilin dekabr ayından isə TƏBİB-də İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi fəaliyyət göstərib. Xatırladaq ki, o, TƏBİB-də İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsinə bu ilin aprelində təyin edilmişdi.
Mənbə
oxu.az