Cəmiyyət

"Global Media Group"un altı əməkdaşı MEDİA-nın fərdi jurnalist müsabiqəsinin qalibi olub - FOTO

01 Jul 2026, 14:53 1 baxış
"Global Media Group"un altı əməkdaşı MEDİA-nın fərdi jurnalist müsabiqəsinin qalibi olub - FOTO
Medianın İnkişafı Agentliyi tərəfindən 13 may 2026-cı tarixində elan olunmuş "Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb, "Global Media Group"un 6 əməkdaşı müsabiqədə qalib olub. Oxu.Az-ın əməkdaşı Məhərrəm İbrahim oğlu Əliyev müsabiqədə ən yaxşı reportaj nominasiyasına layiq görülənlər sırasında yer alıb. Ən yaxşı ictimai-siyasi təhlil nominasiyasına layiq görülənlərdən biri "Report" informasiya agentliyinin əməkdaşı Sevil Seymur qızı Gülməmmədovadır. Həmçinin ən yaxşı jurnalist araşdırması nominasiyasına layiq görülənlərdən biri agentliyin əməkdaşı Səlcuq Elçindir. Ən yaxşı müsahibə nominasiyasının qalibləri siyahısında yer alanlardan biri "Kaspi" qəzetinin əməkdaşı Aygün Əzizağa qızı Cəfərovadır. Bundan başqa, "Global Media Group"un daha iki əməkdaşı - Ceyhun Muzahim oğlu Piriyev və Sünbül Anar qızı Hüseynovanın (BakuTV) adları qaliblər siyahısında yer alıb.
{{gallery}}
"Global Media Group"un altı əməkdaşı MEDİA-nın fərdi jurnalist müsabiqəsinin qalibi olub - FOTO "Global Media Group"un altı əməkdaşı MEDİA-nın fərdi jurnalist müsabiqəsinin qalibi olub - FOTO "Global Media Group"un altı əməkdaşı MEDİA-nın fərdi jurnalist müsabiqəsinin qalibi olub - FOTO "Global Media Group"un altı əməkdaşı MEDİA-nın fərdi jurnalist müsabiqəsinin qalibi olub - FOTO "Global Media Group"un altı əməkdaşı MEDİA-nın fərdi jurnalist müsabiqəsinin qalibi olub - FOTO "Global Media Group"un altı əməkdaşı MEDİA-nın fərdi jurnalist müsabiqəsinin qalibi olub - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər