Digər

İsraillə boşansaq, alimentə gücümüz çatmaz – Səfir

01 Jul 2026, 12:40 1 baxış
İsraillə boşansaq, alimentə gücümüz çatmaz – Səfir

İnsanların “Doğrudanmı ABŞ və İsrail bir-birindən uzaqlaşa bilər, yəni biz artıq bu müstəsna tərəfdaşlığın bəhrəsini görməyəcəyik?” deyə fikirlər səsləndirdiyini eşidirəm. Və mən cavab verirəm: Yox, yox, yox. Başa düşməlisiniz ki, biz o qədər də ağılsız deyilik, ümid edirəm ki, heç vaxt da bu qədər ağılsız olmayacağıq.


Axar.az xəbər verir ki, bunu ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi deyib.


“Həqiqət budur ki, bu, İsraillə ABŞ arasında sanki möhkəm evlilik kimidir. Məndən soruşanda ki, “Siz boşanmağa hazırlaşırsınız?”, cavab verirəm: Qətiyyən yox. Çünki nə bizim ölkənin, nə də onların ölkəsinin nə vaxtsa yollarımız ayrılsa, aliment ödəməyə gücü çatar. Buna görə də mövcud olduğumuz müddətcə tərəfdaş olaraq qalacağıq”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər