Cəmiyyət
Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: İyun ayının reytinq cədvəli açıqlanıb - FOTO
2026-cı ilin iyun ayı üzrə Azərbaycanın televiziya kanallarının "YouTube" reytinqi açıqlanıb. Oxu.Az xəbər verir ki, "FeedSpy" statistikasına əsasən, Baku TV iki kanalı üzrə ümumilikdə 61 168 679 baxış toplayaraq ölkə telekanalları arasında növbəti dəfə birinci yerdə qərarlaşıb. Baxışların 38 097 123-ü Baku TV AZ, 23 071 556-sı isə Baku TV RU kanalının payına düşüb. Reytinq cədvəlində ikinci yerdə 24 343 652 baxışla İctimai TV, üçüncü pillədə isə 20 465 081 baxışla ARB 24 qərarlaşıb. İlk onluq aşağıdakı kimidir: Baku TV (2 kanal) - 61 168 679 İctimai TV - 24 343 652 ARB 24 - 20 465 081 "Xəzər" TV (5 kanal) - 12 745 249 AzTV (5 kanal) - 12 560 563 ATV (5 kanal) - 8 711 928 "Biznes" TV - 8 353 909 APA TV - 3 012 041 ARB (5 kanal) - 2 733 142 "CBC Sport" (3 kanal) - 2 539 695 Qeyd edək ki, reytinq "FeedSpy" platformasının 2026-cı ilin iyun ayı üzrə açıqladığı "YouTube" baxış statistikası əsasında hazırlanıb.
Mənbə
oxu.az