Cəmiyyət

Sığorta ilə bağlı yeni qayda qüvvəyə mindi

01 Jul 2026, 11:56 1 baxış
Sığorta ilə bağlı yeni qayda qüvvəyə mindi
Sığortaolunanların sığortaçıda uçotunun yalnız şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi (FİN) əsasında aparılmasını nəzərdə tutan qanunvericilik dəyişiklikləri bu gündən qüvvəyə minir. Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, sığortaolunanların uçotunun aparılması və sığortaedənlər (işəgötürənlər) tərəfindən sığortaolunanlar (işçilər) barədə rüblük hesabatların təqdim edilməsi zamanı onlarla bağlı sosial sığorta nömrəsinin (SSN) göstərilməsi artıq tələb olunmur: "Bu gündən etibarən işə qəbul edilən, əvvəllər işləmiş şəxslərdən də sosial sığorta nömrəsinin (SSN) təqdim edilməsi tələb edilməyəcək. Qeyd edilən dəyişikliklər sosial sığorta sahəsində inzibati prosedurların innovativ həllərlə sadələşdirilməsinə, məlumat mübadiləsinin daha sürətli və dəqiq həyata keçirilməsinə, elektron sistemlər arasında inteqrasiyanın gücləndirilməsinə, həmçinin sosial sığorta sistemində inzibati prosedurların optimallaşdırılmasına xidmət edir".
Mənbə oxu.az

Oxşar Xəbərlər