Cəmiyyət

Bəzi yerlərə şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

01 Jul 2026, 12:00 1 baxış
Bəzi yerlərə şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
İyulun 1-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin əksər yerlərində şimşək çaxır, arabir yağış yağır. Bəzi yerlərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olub. Şahdağın 3500 metrdən yüksəklikdə yerləşən ərazilərinə qar yağması müşahidə edilir. Düşən yağıntının miqdarı: Şəkidə 46 (aylıq normanın 76%-i), Oğuzda 36 (aylıq normanın 54%-i), Göyçayda 20 (aylıq normanın 93%-i), Ağdamda 16 (aylıq normanın 55%-i), Qəbələdə 15, Qaxda (Sarıbaş) 13, Yevlaxda 12 (aylıq normanın 57%-i), Mingəçevirdə 10 (aylıq normanın 50%-i), Xızıda 8, Zaqatala, Kürdəmirdə 7 (aylıq normanın 52%-i), Gədəbəydə 7, Goranboy, Şahdağ, Şamaxıda 6, Xaltan, Tərtərdə 5, Lənkəran, Qobustan, Xınalıq, Balakən, Göygöldə 4, Ağstafa, Qrız, Astara, İmişlidə 3, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Bərdə, Zərdab, Şəmkir, Tovuz, Cəbrayıl, Daşkəsəndə 2, Naftalan, Quba, Qusar, Beyləqan, Sabirabad, Kürdəmir, Biləsuvar, Lerik, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.
Mənbə oxu.az

Oxşar Xəbərlər