Cəmiyyət

Ukraynaya dron hücumu: 77 yaşlı azərbaycanlı həlak oldu - Foto

01 Jul 2026, 09:21 2 baxış
Ukraynaya dron hücumu: 77 yaşlı azərbaycanlı həlak oldu - Foto

Ukraynanın Sumı vilayətinin, Rusiya ilə həmsərhəd Velika Pisarevka rayonu ərazisində 1949-cu il təvəllüdlü Elmar Mövsüm oğlu Əliyev dron zərbəsindən həlak olub.


Axar.az Report-a istinadla xəbər verir ki, E.Əliyev avtomobili ilə gedərkən üzərinə Rusiya ordusuna məxsus əl bombası daşıyan drondan zərbə endirilib.


Həmyerlimiz yerindəcə həlak olub. Əslən Beyləqan rayonundan olan E.Əliyev Ukrayna vətəndaşı olub. Onun nəşi dəfn olunması üçün Azərbaycana yola salınıb.

Mənbə axar.az

Oxşar Xəbərlər