Cəmiyyət

Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb - FOTO

01 Jul 2026, 08:40 1 baxış
Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb - FOTO
Ukraynanın Sumı vilayətinin, Rusiya ilə həmsərhəd Velika Pisarevka rayonu ərazisində 1949-cu il təvəllüdlü Yelmar Mövsüm oğlu Əliyev dron zərbəsindən həlak olub. Oxu.Az "Report"a istinadən xəbər verir ki, Y.Əliyev avtomobili ilə gedərkən üzərinə Rusiya ordusuna məxsus əl bombası daşıyan drondan zərbə endirilib. Həmyerlimiz yerindəcə həlak olub. Əslən Beyləqan rayonundan olan Y.Əliyev Ukrayna vətəndaşı olub. Onun nəşi dəfn olunması üçün Azərbaycana yola salınıb.
{{gallery}}
Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb - FOTO Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb - FOTO Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər