Cəmiyyət

Sabah bəzi ərazilərdə qaz kəsiləcək

30 Jun 2026, 20:48 1 baxış
Sabah bəzi ərazilərdə qaz kəsiləcək
Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. "Aşkarlanmış qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar 01.07.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun Keşlə qəsəbəsinin, Sabunçu rayonunun Maştağa qəsəbəsinin, Yeni Sahənin, Subtropik Sovxozun, Konserv zavodunun və Daş Karxanasının qaz təchizatında qısamüddətli fasilə yaranacaq", - məlumatda qeyd olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər