Cəmiyyət
Yağışlı hava çimərlik biznesini çökdürür: Sahibkarlar həyəcan təbili çalırlar - VİDEO
Yay fəslinin ilk ayı başa çatsa da, havaların qeyri-sabit və sərin keçməsi çimərlik mövsümünə mənfi təsir göstərib. Hazırda Novxanı çimərliklərində əvvəlki illərlə müqayisədə xeyli az insan müşahidə olunur. Yağışlı və küləkli hava səbəbindən müştəri sayı kəskin azalıb. Son günlər yağan yağışlardan sonra çimərlik ərazilərinin bəzi hissəsinin palçıqlı olması da insanların dəniz sahilinə getməsinə mane olur.
Dənizkənarı obyektlərdən birinin administratoru İbrahim Novruzov bildirib ki, əvvəlki illərdə iyun ayında çimərliklərdə böyük izdiham yaşansa da, bu il obyektlər, demək olar ki, boş qalıb. O qeyd edib ki, sahibkarlar əsas gəlirlərini üç yay ayı ərzində əldə etməyi planlaşdırırlar. Lakin mövsümün üçdəbiri artıq geridə qalsa da, gözlənilən qazanc əldə edilməyib. İbrahim Novruzovun verdiyi məlumata əsasən, icarəyə götürülən dənizkənarı obyektlərin illik icarə haqqı əraziyə və müştəri potensialına görə 60-80 min manat arasında dəyişir. Onun sözlərinə görə, hazırkı hava şəraiti davam edərsə, bu obyektlərin bir çoxu mövsümü zərərlə başa vura bilər.

Mənbə
oxu.az