Cəmiyyət
Gəncin kanalizasiyaya düşüb öldüyü ərazidə NÖVBƏTİ TƏHLÜKƏ - VİDEO
Paytaxtın Binəqədi rayonunda, "Baksol yolu" kimi tanınan ərazidə yenidən çökmə baş verib. Baku TV-nin ərazidə olan əməkdaşının verdiyi məlumata görə, asfalt örtüyündə yaranan deformasiya sürücülər və piyadalar üçün ciddi təhlükə yaradır. Çökəklik hazırda kiçik görünsə də, onun genişlənərək daha ağır nəticələrə səbəb ola biləcəyi istisna deyil.
Qeyd edək ki, ötən il həmin ərazinin yaxınlığında baş verən analoji hal faciə ilə nəticələnmişdi. Yer səthinin qəfil çökməsi nəticəsində kanalizasiya kollektoruna düşən 29 yaşlı Cümşüd Cümşüdlü həyatını itirmişdi. Hadisədən sonra aidiyyəti qurumlar çökmənin səbəbi kimi yolun altından keçən köhnə kommunikasiya xətlərini, kollektorun vəziyyətini və mühafizə zonasındakı problemləri göstərmişdilər. Lakin aradan bir il keçməsinə baxmayaraq, ərazidə problemin tam həll olunmadığı görünür. Hər gün yüzlərlə avtomobilin və çoxsaylı piyadanın istifadə etdiyi yolda yaranan yeni çökəklik təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur.

Mənbə
oxu.az