Cəmiyyət

Peskov: Rusiya xaricdən yanacaq alacaq

30 Jun 2026, 17:27 2 baxış
Peskov: Rusiya xaricdən yanacaq alacaq

Rusiya neft məhsullarının idxalı ilə bağlı danışıqlar aparır.


Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.


O bildirib ki, tərəflər məqbul qiymətlər barədə razılığa gələrsə, Moskva xaricdən yanacaq almağa hazırdır:


“Əlaqələr qurulur. Məqbul qiymətlər barədə razılıq əldə olunarsa, bu, baş verəcək. Bu, bazarı sabitləşdirmək üçün daha bir addım olacaq və məqsədi tələbatdakı artımı azaltmağa yönəlib”.


Lakin Peskov hansı ölkələrlə danışıqlar aparıldığını dəqiqləşdirməyib.


Qeyd edək ki, Ukrayna Rusiyadakı neft emalı zavodlarına ardıcıl zərbələr endirdiyi üçün ölkədə yanacaq çatışmazlığı yaranıb.

Mənbə axar.az

Oxşar Xəbərlər