Digər

Ərzaq təchizatına müharibədən daha çox təsir edən amil...

26 Jun 2026, 14:14 3 baxış
Ərzaq təchizatına müharibədən daha çox təsir edən amil...

Avropanı bürüyən güclü istilər müharibənin onsuz da zərbə vurduğu ərzaq təchizatı problemlərini daha da ağırlaşdırır.


Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.


“Avropada müşahidə olunan ekstremal isti torpağı qurudub, mal-qaraya ziyan vurub və fermerlərin tarlalara çıxmasına mane olub. Nəticədə, istilər ərzaq təchizatı üçün hətta İranla bağlı müharibədən də daha ciddi təhlükəyə çevrilib.


Sinoptiklərin proqnozuna əsasən, gələn həftənin əvvəlindən etibarən havanın temperaturu nisbətən aşağı düşəcək. Lakin son günlərdə müşahidə olunan ekstremal hava şəraiti Yaxın Şərqdəki münaqişəni kölgədə qoyaraq fermerlər üçün əsas problemə çevrilib.


Meteoroloqlar qarşıdakı aylarda temperaturun normadan yüksək olacağını bildirirlər. Bu isə onsuz da yüksək gübrə və yanacaq xərcləri ilə üzləşən kənd təsərrüfatı sektoruna əlavə təzyiq yaradacaq”, - məlumatda bildirilib.


Qeyd edək ki, İngiltərə və Fransada qırmızı səviyyəli ekstremal istilik xəbərdarlığı edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər